Gəncənin polis rəisi icra başçısını döydü? by Kanal13AZ   6 год. назад

756,571 просмотров

3,082 Likes   298 Dislikes

Ссылка на видео. Код для вставки.

Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi Rasim Musayevin öz vəzifəsindən gözlənilmədən istefa verməsinin səbəbləri aydınlaşır. Gəncədə baş verənlərdən bilgili olan mənbəmiz bu barədə məlumat verib.
Məlumatlı mənbənin dediyinə görə, 20 Yanvar mərasimi günü Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin bir sıra rəhbər şəxslərə hücum edib. Bu xoşagəlməz hadisə şəhərdə gərginlik yaradıb. Nəticə də Gəncənin axundu və Seyid Tahir eləcə də Texnologiya Universitetinin rektoru İcra başçısından polis rəisi Rasim Musayevə şikayət ediblər. Generaldan kömək istəyiblər.
Məlumatda iddia olunur ki, ziyalıların, axundun incidilməsinə son qoyulması üçün polis rəisi Rasim Musayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Mövcud problem ətrafında geniş fikir mübadiləsi aparılıb. Ancaq söhbət əsnasında hər iki vəzifəli şəxs arasında mübahisə düşüb. Deyilənə görə əvvəl günlərdən münasibətləri sərin olan məmurlar əlbəyaxa davaya başlayıblar. Rasim Musayev İcra Hakimiyyəti Başçısının kabinetində Elmar Vəliyevə kəllə zərbəsi vurub və onu yerə sərib. Daha sonra o, qapını çırparaq İH binasını tərk edib. Köməkçilərinin dəstəyi ilə yerdən qaldırılan başçı dərhal şəhər prokuroru Adil Vəliyevi yanına çağıraraq polis rəisinin bu hərəkəti barədə ölçü götürülməsini tələb edib. Eyni zamanda general barəsində baş prokurora məlumat verilməsinin vacibliyi bildirilib.
Bundan sonra Gəncədə işləyə bilməyəcəyini bildirən Rasim Musayev öz ərizəsi ilə vəzifəsindən istefa verib.
Hazırda bütün Gəncə əhalisinin bu hadisədən danışıldığı deyilir.


Website:
Facebook:
Twitter: #!/Kanal13_Baku
Click & Subscribe to the main youtube Channel:
/> © KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ]


загрузка...

Комментарии

Похожее видео

Новости